Qurban Qurbanov Avropa klubuna gedir

media-hightechnic-468x90

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə xaricinə yollanacaq.

Yenicag.az sportinfo.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bununla bağlı tədarük görməyə başlayıb.

Onun səfər etməyə hazırlaşdığı yer İspaniyadır.

Qurbanovun məqsədi La Liqanın aparıcı klublarından birində olmaq, məşq prosesini izləmək, həmkarının iş proqramını incələməkdədir.

Hələlik səfərin vaxtı dəqiqləşməyib. Ancaq tərəflər arasında danışıqların sona yaxınlaşdığını söyləyə bilərik.

Qurban Qurbanov bundan əvvəl Almaniyada olub. Azərbaycanın ən yaxşı futbol mütəxəssisi yanvarda “Bayer”in düşərgəsinə səfər edib, Xabi Alonso ilə görüşüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa