!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanov dünya reytinqində: “Bu siyahını tərtib edənlərin bəzi şərtləri qüsurludur”

!Reklam – Yazi

“Belə şəraitdə uğurlu olmağı bacaran məşqçinin yeri 133 deyil, daha yüksəkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Qarabağ” futbol klubunun baş məqşçisi Qurban Qurbanovun dünyanın 500 mütəxəssisi arasında 133-cü yeri tutması haqda danışan idman jurnalisti Natiq Muxtarlı deyib.

Onun sözlərinə görə, əslində, Qurban Qurbanov dünya məşqçilərinin reytinqində daha yüksək yerdə olmalıdır:

“Sadəcə, bu reytinqi tərtib edənlərin bəzi şərtləri qüsurludur. Ola bilsin ki, burada çempionatın səviyyəsi də nəzərə alınır. Azərbaycan çempionatının səviyyəsi çox aşağı olduğu üçün Qurbanovun da reytinq balı aşağı qiymətləndirilir. Çünki Azərbaycan çempionu ilə deyək ki, Niderland çempionu olmuş bir komandanın baş məşqçilərinə fərqli ballar verilir. Qurbanov əsas reytinq xallarını yəqin ki, avrokuboklardakı çıxışlarına görə alır. Avropada çox az məşqçi var ki, başçılıq etdiyi komanda 11 il sərasər avrokubokların qrup mərhələsində oynasın. Bu o məşqçilərdir ki, ölkə reytinqləri yüksək olduğu üçün rəhbərlik etdiyi komanda birbaşa qrup mərhələsində olur. Amma Qurban Qurbanovun komandası hər il ilk mərhələlərdən mübarizə apararaq qrupa düşür. Bu amili nəzərə alsaq, Qurban Qurbanov həqiqətən də dünya məşqçiləri arasında yer tutmağa layiqdir. Özü də yüksək yer tutmağa”.

N.Muxtarlı qeyd edib ki, Bütün bunlar onu göstərir ki, Azərbaycanda istedadlı mütəxəssislər var:

“Özü də bütün sahələrdə. Amma o istedadlara öz potensialını sübut etmək üçün ölkədə heç bir şərait yoxdur. Və belə bir şəraitsizlikdə Qurban Qurbanovun uğur qazanması heyrətamizdir. İstedadlı məşqçinin İngiltərədə, Almaniyada, Niderlandda, Portuqaliyada və digər ölkələrdə uğur qazanmasına nə var ki. Onlar peşəkarlarla işləyirlər. Oğul odur ki, Azərbaycanda uğur qazanasan. İndiyə qədər həm milli, həm də klub səviyyəsində Azərbaycana saysız-hesabsız məşqçilər gəlib. Nə ilə yadda qalıblar, nə qazanıblar? Ancaq pul qazanıblar, vəssalam. Onları göz önünə gətirin və Qurban Qurbanovun nə qədər böyük məşqçi olduğunu təsəvvür edin. Belə şəraitdə uğurlu olmağı bacaran məşqçinin yeri 133 deyil, daha yüksəkdir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv