Qusarda 12 baş iribuynuzlu heyvanı oğurlayan şəxs saxlanıldı

media-hightechnic-468x90

Qusar Rayon Polis Şöbəsinə rayonun Ləzə kəndində yerləşən yaylaq sahəsindən 12 baş iribuynuzlu heyvanın itməsi barədə məlumat daxil olub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qobustan rayon sakini Asif Binyətov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600