Quşçuluq fermasında yanğın baş verdi

media-hightechnic-468x90

1364374502_goycay-qushculuq-yangn_goruntu.mpg_000019389Şəmkirin Seyfəli kəndində quşçuluq fermasında yanğın baş verib.

Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə yanvarın 26-da saat 20 radələrində qeydə alınıb.

Kənd sakini Faiq Ələkbərova məxsus içərisində 8 minə yaxın bir aylıq quş saxlanılan fermada güclü yanğın baş verib. Alov fermanın tavanının 80 kvadratmetr hissəsini yararsız hala salıb və fermada olan 4 minə yaxın quş tələf olub.

Hadisə yerinə cəlb edilən 2 yanğınsöndürən avtomobil və canlı qüvvənin köməyi ilə alovun yayılmasının qarısı alınıb. Fermadan təxminən 4 min quş xilas edilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600