!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Referendum məsələsi deputatı özündən çıxardı: “Camaatı Marsa aparacaqlar?”

!Reklam – Yazi

“Milli Cəbhə Partiyası bütün seçkilərdə iştirak edir və etmək niyyətindədir. Partiya seçkilərdə iştirak etməzsə, öz qüvvəsini və nüfuzunu itirə bilər. Bu baxımdan, biz bütün seçkilərdə olacağıq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

Deputat bu il keçiriləcəyi barədə informasiyalar yayılan parlament seçkiləri və zaman-zaman mətbuatda səslənən referendum iddialarından danışıb.

“Referendumla bağlı informasiyaları mən də sizin kimi qəzetlərdə, onlayn mediada və sosial şəbəkələrdə oxuyuram. Referendumla bağlı məlumata malik deyiləm”, – deyə o qeyd edib.
Deputat bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu il Milli Məclisə parlament seçkiləri keçirilməlidir: “Əminəm ki, seçki bu il olacaq, çünki bu, Konstitusiyanın tələbidir. Üstəlik, qanunvericiliyə uyğun olaraq seçkilər önə çəkilə bilər, lakin hər hansı fövqəladə vəziyyət yaranmazsa, deputatların mandatı uzadıla bilməz”.

MCP lideri əlavə edib ki, keçən parlament seçkiləri vaxtından əvvəl keçirildiyi üçün bəzi adamlar şərhlərində yanlışlığa yol verirlər:
“Əvvəlki seçkilər növbədənkənar, vaxtından əvvəl keçirildiyinə görə indi bəziləri belə fikir bildirir ki, seçkilər gələn ilin fevralında ola bilər. Çünki, deputatların beş ili o zaman tamam olur. Amma, zənnimcə bu mümkün deyil. Konstitusiyanın tələbi seçkilərin bu ilin noyabr ayının 3-də keçirilməsidir. Buna görə də parlament seçkiləri böyük ehtimalla noyabr ayının ilk həftəsində keçiriləcək”.

Referendumla bağlı iddialara cavab verən deputat söyləyib ki, uzun müddət bu barədə informasiyalar dərc olunur:

“Son 6-7 ildir ki, referendumun müntəzəm keçiriləcəyi ilə bağlı xəbərlər eşidirəm. Amma mən bilmirəm bu referendum niyə keçirilir, onun predmeti nədir, onun üçün hansı səbəblər var? Əgər səbəb yoxdursa, referendum niyə keçirilir? Məncə, belə bir ehtimal yoxdur. Mən bu “yuxu”nun səbəbini başa düşə bilmirəm.
Bəziləri deyir ki, icra hakimiyyəti başçısı vəzifələri ləğv olunacaq. Buna uyğun olaraq referendum keçirilməlidirmi? İkincisi, niyə icra başçısı vəzifəsi ləğv edilməlidir? Ləğv edilən strukturun yerində yaradılan qurumlar nə edəcək? Camaatı Marsa aparacaq, yoxsa gözəl həyat verib, pul paylayacaq?
Hesab edirəm ki, struktur dəyişikliyi etmək olar, amma əsas odur ki, hər bir şəxs üzərinə düşən vəzifəni yerinə yetirsin. Azərbaycanda müəyyən institusional dəyişikliklər edilib, nəticəsi də pis deyil. Bundan sonra hər şeyi alt-üst etməyə nə ehtiyac var?”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırdı.

Rəfi Müslümov

COP29

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv