!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rejissorların “yoldan keçənlər”lə işləmək MƏCBURİYYƏTİ: “Təhsil almadan peşəkar aktyor olmaq...”

!Reklam – Yazi

“Ali təhsili olmayan bir şəxsin aktyorluq qabiliyyətinin olmasına nadir hallarda rast gəlinir”.

Bu sözləri bir çox yerli serialların rejissoru Şahin Qəhrəmanlı Yenicag.az-a açıqlamasında deyib.

Rejissor “Aktyor üçün təhsil mütləqdirmi, yoxsa fitri istedad kifayətdir” sualını cavablandırıb. Əsas və ikinci dərəcəli rollara heç vaxt qeyri-peşəkarları çəkmədiyini deyən rejissor yalnız bir halda “yoldan keçən”lərdən serialda istifadə etdiyini bildirib:

“Bizim seriallarda çəkilənlərin hamısı peşəkar teatr aktyorlarıdır. Yalnız kütləvi səhnələr olanda, bəzilərinin təbirincə desək, “yoldan keçən” adamlardan istifadə edirik. Çünki onların sözü, fikri olmur, sadəcə çəkilir.

Təhsil mütləq önəmlidir. Çünki təhsil almadan peşəkar aktyor olmaq fitri istedad tələb edir. Ali təhsili olmayan bir şəxsin aktyorluq qabiliyyətinin olmasına da nadir hallarda rast gəlinir. Elə insanlar barmaqla sayılacaq qədər olur. Ümumilikdə təhsil vacib şərtdir, təhsilsiz mümkün deyil.

Aktyor canlandırdığı obrazın xarakterinə bələd olmalıdır, necə oynamaq lazım olduğunu bilməlidir. Bu elə bir peşə deyil ki, deyəsən hə, gedib kiminsə yanında dayanacam, ona baxıb nələrisə öyrənəcəm… Xeyr, bu, qətiyyən belə deyil. Elə aktyorlarla işləmirəm. Ümumiyyətlə, elələrinə aktyor demək də doğru deyil”.

Cəvahir

COP29

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv