Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə REAKSİYA

media-hightechnic-468x90

“Nəsiman Yaqublu dəyərli ziyalı idi, ona çox böyük hörmətim vardı”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd İmamverdi İsmayılov deyib. O, 1 sentyabr növbədənkənar parlament seçkilərindəki rəqibinin yol qəzasında həlak olmasından kədərləndiyini bildirib: “Çox heyif, çox kədərlənirəm, ailəsinə, yaxınlarına başsağlığı verirəm”.

Qeyd edək ki, İmamverdi İsmayılov həmin dairədən indiyədək 6 dəfə deputat seçilib, o, 1995-ci ildən Milli Məclisin üzvüdür.

Xatırladaq ki, tarixçi-professor Nəsiman Yaqublu ötən gün seçicilərlə görüşdən sonra Bakıya qayıdarkən yol qəzasına düşərək həyatını itirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa