İcbari Tibbi Sığorta üzrə Dövlət Agentıyi Yevlax rayon sakini Gülanə Əliyevanın vəfatı ilə əlaqədar məlumat yayıb.
Agentlikdən Yenicag.az-a verilən xəbərə görə, noyabrın 8-də Yevlax rayon sakini, 28 yaşlı Gülanə Əliyeva ikincili hamiləlik dövründə səhhətində yaranan problemlərlə bağlı ailə həkiminin göndərişi ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Yevlax Rayon Mərkəzi Xəstəxanasında aparılmış müayinə nəticəsində G.Əliyevada hamiləliklə yanaşı, patologiyalar aşkarlanıb. Tibbi təlimata əsasən o, həmin gün təcili tibbi yardım maşını ilə həkim nəzarəti altında Səhiyyə Nazirliyi akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji hamiləlik söbəsinə göndərilib. Noyabrın 10-da G.Əliyeva həmin tibb müəssisəsində uşaq dünyaya gətirib. Ananın ölümü doğuşdan sonra baş verib: “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermiş ana ölümü ilə bağlı araşdırmanın aparılması Səhiyyə Nazirliyinin səlahiyyətindədir”.
www.yenicag.az