!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsul Quliyev Əli Kərimlini İSTEFAYA ÇAĞIRDI

!Reklam – Yazi

“İnsanlar düşmənə qarşı mübarizədə, ölkənin qanunlarına xüsusilə konstitusiya qanunlarına tabe olmadıqda zor işlədə bilər və bu zoru işlətməyə onun haqqı var. Digər hallarda birinin başqasına zor işlətməsi, döyməsi, təhqir etməsi xəstəlikdir və bunu edən şəxs müalicə olunmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks spikeri Rəsul Quliyev AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının ailəsində baş verənlərə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, insanların belə aqressiv olmasının kökü dərindədir.

Bildirib ki, 20-ci əsrin birinci yarısında məşhur psixo analizin fundamentini qoyan alim Freyd və onun tələbəsi Yunq insanların cəmiyyətdə özlərini aparmasının fundamentinin uşaq yaşlarında qoyulduğunu çoxsaylı faktlarla sübuta yetirib:

“Bu teoriya ilə arvadını və qızını az qala şikəst edənə qədər döyən “qəhrəman” uşaqlıqda mütləqdir ki, valideynləri tərəfindən aqressiyaya məruz qalıb.

Mənə qəribə görsənən isə kifayət qədər intlektual, sivil düşüncə tərzinə malik olan onun həyat yoldaşının belə alçaldıcı hərəkətlərlə razılaşması və bu günədək dözməsidir. Heç bir ideyası, ideologiyası olmayan, ona verilmiş müxalifət rolunu oynamaq üçün (ətrafınada eyni tipli adamları yığıb) dəridən qabıqdan çıxan birisinə 30 ildir qul olmasını, siyasət və özünü siyasətçi adlandırması ikrahdan başqa bir şey doğurmur…

Freydi oxuyanlar bu tipli adamların “hökmən müalicə olunmalıdır” teoriyasını bilməmiş olmazlar…

Bu adamın sitayiş etdiyi şəxs onun həyat yoldaşına “belə şeylər olur, o kişidir dözmək lazımdır” tövsiyəsi veribsə və bu həqiqətdirsə əlbətdə ki, birinci növbədə o özü şəxsən istefa verməlidir!

Ola bilər sizlər üçün belə şeylər adi haldır, kişi ona görə kişidir ki, qadınları döysün, təhqir etsin?! Mən və mənim tipli insanlar üçün bu yol verilməz və alçaq bir hərəkətdi! Bu tip insanları zindanda yox xəstəxanaya aparıb müalicə etmək lazımdır…

Mən həyatım boyu nə özümü alçaltmağa nə də başqasının alçaldılmasına yol verməmişəm. Buna baxmayaraq heç kim mənə qarşı çıxmayıb və tapşırıqları yerinə yetiriblər. İnsanları zorla deyil də, sevgi ilə yönəltməyin ən doğru yol olduğunu, zorakılığın insana xas bir əməl olduğunu mən öz həyatımda bu günədək də yaşatmaqdayam!”./Yenisabah.az/

COP29

www.yenicag.az

3123
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv