Yeni mövsümdə “Neftçi”nin əsas komandasına rəhbərlik edəcək Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib.
Yenicag.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlardan biri ötən mövsüm “Səbail”in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədov, digəri isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək Etibar Tarıverdiyevdir. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Füzuli Məmmədov UEFA-nın A, Etibar Tarıverdiyev isə B kateqoriyalı məşqçisidir.
Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.
www.yenicag.az