Roberto Mançini Bakıya gəlir

media-hightechnic-468x90

83471 (1)“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “İnter” baş məşqçisini dəyişib.
Milan klubu Valter Matsarri ilə yollarını ayırıb.

media-banner_tkm

Artıq “İnter”in yeni baş məşqçisi də müəyyənləşib. “Qarabağ”ın rəqibini bundan sonra Roberto Mançini çalışdıracaq.

Son iş yeri “Qalatasaray” olan Mançini 2004-2008-ci illərdə də “İnter”in baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında ardıcıl 3 dəfə İtaliya çempionluğunu, 2 dəfə ölkə kubokunu və 2 dəf Super Kubokunu qazanıb. 49 yaşlı italyan mütəxəssis “İnter” və “Qalatasaray”dan başqa İtaliyanın “Fiorentina”, “Latsio” və İngiltərənin “Mançester Siti” klublarını çalışdırıb. Bir neçə gün əvvəl Mançinin AFFA-dan təklif aldığı, amma qəbul etmədiyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, “İnter” Avropa Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 11-də Bakıda “Qarabağ”la qarşılaşacaq. (fanat.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05