Roma Papası Türkiyəyə gedir

media-hightechnic-468x90

скачанные файлы (1)Türkiyənin iqtisadiyyat nazirinin müavini Adnan Yıldırım Roma Papası Fransiski Türkiyəyə dəvət edib. O, papanı Türkiyədə keçiriləcək “EXPO-2015” sərgisi üçün dəvət edib.

Lakin, mətbuat, xüsusilə, İtaliya mətbuatı isə türkiyəli rəsminin bu dəvətini başqa cür yozub. Belə ki, onlar bu dəvəti Papanın 12 apreldə keçirdiyi ayində “soyqırımı” ifadəsini deməyindən sonra tərəflər arasında buzların əriməsi kimi şərh edib.

Vatikanın “EXPO 2015” Komitəsi və həmçinin Papanın Mədəniyyət Şurasının Rəhbəri Kardinal Qiafranko Ravasi isə A.Yıldırımın açıqlamasından məmnun olduğunu deyib: “Türkiyəli nazir müavinin verdiyi açıqlamanı oxumuşam. Vatikan nümayəndə heyəti EXPO ərzində bir çox tədbirlərə qatılacaq. Açılışdan sonra nümayəndə heyətimiz Türkiyənin dəvətini məmnuniyyətlə qəbul edəcək. Biz də Türkiyə nümayəndə heyətini Vatikanda gözləyirik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600