Rusiya Azərbaycan-Ermənistan normalaşma prosesində dəstəyini davam etdirməyə hazırdır

media-hightechnic-468x90

Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində dəstəyini davam etdirməyə hazırdır.

Yenicag.az xəbət verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinə hazırlıq ərəfəsində Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün bundan sonra da hər cür yardım göstərməyə hazırdır”, – deyə qeyd olunub.

Qeyd olunub ki, sülh müqaviləsinin imzalanması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin təşviqi, 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlər əsasında regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin bərpa edilməsi əsas vəzifələr olaraq qalır./Trend/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600