«Rusiya ilə iqtisadi əməkdaşlıq böyük tarixi şansdır»

media-hightechnic-468x90

10714656_10203988238739056_1518708626_nSon zamanlar Rusiya ilə Azərbaycan arasında bir yaxınlaşma hiss edilməkdədir. Bu yaxınlaşma təkcə siyasi deyil, həm də iqtisadi sahədə müşahidə olunmaqdadır. Bəs ekspertlər necə düşünür, Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlər bizə nə vəd edir. Müstəqil iqtisadçı ekspert Razi Abasbəylinin fikirincə bu yaxınlaşma indiki şərait baxımından yüksək qiymətləndirilsə, ciddi uğurlar əldə etmək mümkündür.

«Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628 milyon dollar, qeyri-neft sektoruna isə 168 milyon dollar investisiya yatırılıb. Son 10 il ərzində Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə 995 milyon dollardır. Ölkənin ümumi ixracatı 11 milyard 246 milyon 30 min manat, İdxalat isə 4 milyard 124 milyon 62 min dollardır. Ticarət dövriyyəsi üzrə idxalat göstəricilərində Rusiya birinci yerdədir. 2014-cü ilin yanvar –iyul aylarında Rusiyadan idxal 588 milyon 67 min dollar olub. İxrac isə 334 milyon 8 min olub. Ölkənin ümumi ixracatı 11 milyard 246 milyon 30 min manat, İdxalat isə 4 milyard 124 milyon 62 min dollar olub. Azərbaycanın xarici ticarət dövriyyəsində ixracatda Avropa ölkələri öndə dayanır. Lakin nəzərə almaq lazımdır ki, bu ixracatın 71 faizini neft və neft məhsulları təşkil edir. Rusiya ilə isə qeyri-neft sektoru üzrə, xüsusilə də kənd təsərrüfatı və sənaye üzrə ticarət dövriyyəsi təşkil edir. Statistik göstəricilərdən də görünür ki, Rusiya və Türkiyə ticarət dövriyyəsi üzrə ümumi çəkidə 25 faizə malikdirlər» deyə həmsöhbətimiz bildirdi.

İqtisadçı deyir ki, əsas göstəricilər Rusiya ilə Türkiyə arasındadır: «Təxminən bərabər bölgü üzrə hər iki ölkəylə əməkdaşlıq edilir. Bu da onu göstərir ki, Avropa ilə Rusiyanın münasibətləri gərginləşibsə, Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də aqrar sektorun ciddi inkişafına nail olmaq olar. Ölkənin ümumi tacərt dövriyyəsində Rusiyanın payının 2013-cü illə müqayisədə 30 faiz artması və artım tempinin davam etməsi ölkənin kənd təsərrüfat sektorunun ciddi yüksəlişinə gətirib çıxara bilər.
Razi Abasbəyli deyir ki, yaranmış vəziyyətdən hökumət səmərəli istifadə etsə aqrar sektorda ən mühim problem olan bazar problemini həll edə bilər. Həmçinin də Rusiya hesabına istehsalçı ölkə kimi Azərbaycanın daxilində kənd təsərrüfatı texnikaları ilə bağlı böhranı da ortadan qaldırmaq mümkündür.

İqtisadçı ekspertin fikirincə, Rusiyanın əsas kənd təsərrüfatı məhsulları üzrə tərəfdaşı olan Moldava ilə münasibətlərinin gərginləşməsindən sonra bu ələ düşən tarixi bir şansdır. Prosses uzun sürərsə, ölkənin kənd təsərrüfatı sektorunu ciddi şəkildə dirçəltmək olar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600