Bakıda Rusiya vətəndaşına qarşı dələduzluq edilib.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Rusiya Federasiyası vətəndaşı, Karanayev Məhəmmədrəsul Baqauntdinoviç ərizə ilə Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə müraciət edərək bildirib ki, fevralın 21-də Nizami rayonu, Z.Məmmədov küçəsində Ramil adlı şəxs Rusiyanın Rostov şəhərinə pul müqabilində yük aparılmasını təşkil edəcəyinə söz verərək ondan 17000 rus rublu alaraq qaçıb.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az