Rusiyada tanker partladı: Ölənlər var

Rusiyada Naxodka dəniz limanında “Amerika körfəzi” tankerində partlayış baş verib.

Yenicag.az xəbər verir ki, yük göyərtəsində hava-qaz qarışığının partlaması nəticəsində iki nəfər ölüb.

Qeyd olunur ki, göyərtədə, ümumilikdə, 12 nəfər olub. Hazırda 1 nəfər itkin düşüb, axtarış tədbirləri həyata keçirilir. Gəmidə yanğın olmayıb.

Faktla bağlı cinayət işi açılıb./Report/