Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rusiyadan Türkiyə və İran açıqlaması

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilməsi planlaşdırılan Suriya Beynəlxalq Dialoq Konqresi ilə bağlı hazırlıqlarda önəmli bir mərhələyə çatdıqlarını bildirib.

Yenicag.az xəbər verir ki, o, bu mərhələyə çatmaqda xüsusilə üç ölkənin adını qeyd edib. Söhbət Rusiya, Türkiyə və İrandan gedir.

Lavrov, Moskvada iranlı həmkarı Cevad Zariflə görüşdən öncə jurnalistlərə açıqlamasında bunları söyləyib: “Rusiya, Türkiyə və İranın təşəbbüsü ilə Suriya Beynəlxalq Dialoq Konqresi ilə bağlı hazırlıqlarda da önəmli bir mərhələyə gəldik. Buna hər üç ölkənin səyləri sayəsində nail olduq”.

Qeyd edək ki, sözügedən konqresin yanvarın 29-30-da Rusiyanın Soçi şəhərində keçirilməsi nəzərdə tutulub.

www.yenicag.az

2261
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM