Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“Rusiyanın Suriyadakı hərbi obyektlərini asanlıqla məhv edərik” – İsrailli ekspert

“Putin əvvəlcə İl-20 təyyarəsinin vurulmasını “faciəvi hadisə” adlandırsa da, sonra bu mövqeyini dəyişdi”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Suriyada Rusiyaya məxsus İl-20 təyyarəsinin vurulmasından sonra Rusiya ilə İsrail arasında yaranan gərginliyin mümkün nəticələrini şərh edən İsrailli ekspert Avraam Şumileviç deyib.

 

Avraam Şumileviçin sözlərinə görə, İsrail Rusiyanın ehtimal olunan hərbi hücumlarına layiqli cavab verəcək:
“Rusiyadakı bəzi mürtəce dairələrin və erməni lobbisinin bu məsələdəki roluna gəldikdə, əlbəttə, Rusiya Xarici İşlər Nazirliyində erməni mənşəli işçilər var, lakin onların mövqeyi həlledici deyil. Əksinə, o nazirliyi ruslar idarə edir, oradakı ermənilər isə tapşırıqları yerinə yetirirlər.

Bəli, Rusiyada İsraillə münasibətlərin korlanmasında maraqlı olan dairələr mövcuddur. Açığı, biz də İl-20 təyyarəsinin vurulmasından sonra Rusiyada İsrail əleyhinə belə geniş kampaniyanın başladılmasına təəccübləndik. Antisemit isterika, İsrail hava limanlarını bombalamaq, İsrail şəhərlərində terror aktları təşkil etmək kimi çağırışlar səsləndi.

Hətta sizə deyim ki, Türkiyənin Rusiya hərbi təyyarəsini vurmasına və ABŞ aviasiyasının Suriyadakı rus hərbçiləri bombalamasına da belə kəskin reaksiya verilməmişdi. Bu, əlbəttə ki İsraildə narahatlıq doğurur və bizim üçün qəbuledilməzdir.

Maraqlı vəziyyət yaranıb. Putin əvvəlcə İl-20 təyyarəsinin vurulmasını “faciəvi hadisə” adlandırdı. Lakin sonra bu mövqeyini dəyişərək, Rusiya Müdafiə Nazirliyinin bəyanatını təkrarladı. Bu, bəzi sualların yaranmasına səbəb olur. Onlar İsraili ittiham edirlər ki, guya bizim qırıcılar İl-20 təyyarəsini hədəfə gətiriblər və o təyyarə də səhvən vurulub. Əlavə etdilər ki, Müdafiə Nazirliyi İsrailə qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Bu, çox qəribə bəyanatdır. Çünki qanunlara əsasən, Müdafiə Nazirliyi Rusiya siyasi-hərbi rəhbərliyinin əmr və göstərişlərini icra etməlidir. Biz bilirik ki, Rusiyada belə qərarları qəbul edən şəxs Müdafiə Nazirliyinin sözçüsü general Konaşenkov və ya müdafiə naziri Sergey Şoyqu deyil.

O halda sual yaranır, Kreml dəhlizlərində nə baş verir? Orada hərbi çevriliş təşkil edilməyib ki? Ölkəni Putin, yoxsa Şoyqu idarə edir? Bu maraqlı sualların hər birinə cavab verilməsi çox yaxşı olardı.

Suriya Rusiyalı mütəxəssislərin köməyi və S-300 raketləri vasitəsilə İsrail qırıcılarını vura bilərmi? Bəli, Suriya, əslində, nə Misirdir, nə də Livan. Təbii ki, Misir daha güclü orduya malikdir. Rusiya isə Suriyada bir neçə minlik hərbi kontingentə, onlarla hərbi təyyarəyə və zəif mühafizə olunan kommunikasiyaya malikdir. Ona görə də İsrail üçün Suriyadakı Rusiya hərbi obyektlərini məhv etmək Misirə qalib gəlməkdən daha asan məsələdir. Rusiya İsrailə qarşı hərbi əməliyyatlara başlasa, cavabını alacaq”.

Söhbətləşdi Qafqaz Ömərov

www.yenicag.az

2912
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM