!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyanın Ukrayna şəhərlərini işğal etmək planı yoxdur" - Mariya Zaxarova

!Reklam – Yazi

“Rusiya Avropanı barbarlıqdan, tiranlıqdan, terrorizmdən, aqressiyadan, militarizmdən qoruyur”.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Pyotr Poroşenkonun iddiaları əsassızdır. Rusiyanın Mariupol və Berdyanskı ələ keçirmək planları yoxdur.  Poroşenkonun bu iddiasından sonra əminliklə deyə bilərik ki, Rusiya Avropanı barbarlıqdan, tiranlıqdan, terrorizmdən, aqressiyadan, militarizmdən qoruyur” – deyə rusiyalı diplomat bildirib.

Məlumata görə, Poroşenko alman mediasına müsahibəsində Rusiyanın Krım ilə Donbas arasında quru yolla dəhliz açmaq üçün Mariupol və Berdyansk şəhərlərini ələ keçirməyi planlaşdırdığını demişdi.

www.yenicag.az

2741
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv