!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya getmək istəyənlərin nəzərinə: Viza ilə bağlı yenilik edilir

!Reklam – Yazi

Rusiya hökuməti əcnəbilərə 6 aylıq turist vizası verməyə hazırlaşır.

Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, yeni tənzimləməyə əsasən, Rusiyaya getmək üçün turist vizasına müraciət edən xarici vətəndaşlar otel rezervasyonları olduğu təqdirdə 6 ay bu ölkədə qala biləcəklər. Tənzimləmə işləri Rusiya Xarici İşlər Nazirliyi (XİN) tərəfindən aparılır.

Nazirlikdən bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq uzun müddətli qalmağa icazə verən viza yalnız federal turizm operatorları siyahısında qeydiyyata alınan qurumdan təsdiq alındığı təqdirdə veriləcək.

Ekspertlər hesab edirlər ki, 6 aylıq turist vizasını nəzərdə tutulan yeni tənzimləmə Rusiyanın cəlbediciliyini daha da artıracaq, turizmin inkişafına müsbət təsir göstərəcək.

www.yenicag.az

1194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv