Rusiyaya miqrant axını azalıb

media-hightechnic-468x90

mçmçRusiyaya MDB ölkələrindən miqrant axını azalıb. Bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadanovski bildirib.

Konstantin Romadanovski Rusiyaya hazırda uzaq ölkələrdən miqrant axınında kəskin artım olduğunu söyləyib: “Hazırda MDB ölkələrindən miqrant axını azalıb. 2014-cü ilin ilk iki ayında Rusiyaya keçən illə müqayisədə 15,5 faiz az miqrant gəlib.

Bununla yanaşı, Özbəkistandan gələn miqrantlar 33 faiz, Qırğızıstandan 28,7 faiz, Azərbaycandan 27,6 faiz, Tacikistandan 23,4 faiz, Moldovadan 23,4 faiz azalıb. Uzaq ölkələrdən Rusiyaya gələn miqrantların sayında isə artım var. Kanadadan gələn miqrantların sayı 82 faiz, Cənubi Koreyadan 71, 8 faiz, ABŞ-dan 38,6 faiz, Yaponiyadan 37 faiz, Niderlandan 36 faiz artıb”.

Qeyd edək ki, keçən il Rusiyaya 17,7 milyon xarici vətəndaş gəlib.

virtual.az

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600