Rusiyada prezident seçkiləri baş tutub.
Yenicag.az xəbər verir ki, Azərbaycanda yaşayan ruslar da səsvermədə iştirak ediblər. Onlar Rusiyanın Bakıdakı səfirliyinə yollanaraq öz namizədlərinə səs veriblər.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin keçmiş müavini Vyaçeslav Trubnikov da Rusiyanın Bakıdakı səfirliyində olub. O, Rusiyada keçirilən prezident seçkiləri ilə əlaqədar Rusiyanın Bakıdakı səfirliyində təşkil olunan seçki məntəqəsində səsvermədə iştirak edib.
www.yenicag.az