Reklam

Reklam

İstanbul Cümhuriyyət Baş Prokurorluğu Rza Zərrab və yaxınlarının Türkiyədəki bütün əmlakını müsadirə etməyə qərar verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun terrorla mübarizə şöbəsi şübhəli şəxs qismində olan Rza Zərrab və yaxınları barədə araşdırma aparır. Şöbə Zərrab və onunla münasibəti olan şəxslərin əmlakını müsadirə etməyə qərar verib. “Rza Zərrabın Türkiyə Cümhuriyyətinin dövlət təhlükəsizliyi, daxili və xarici siyasi maraqları baxımından gizli olan məlumatları digər bir xarici ölkənin lehinə casusluq məqsədilə ifadə verdiyi və əmlakını ölkədən çıxarmağa cəhd etdiyi əldə olunan məlumatlara əsasən, onun və yaxınlarının əmlakı müsadirə olunacaq”.

Qeyd edək ki, baş prokurorluğun qərarından sonra bütün diqqətlər Rza Zərrabın həyat yoldaşı Ebru Gündəşə yönəlib. Türkiyə qanunlarına görə həyat yoldaşları arasında bir müqavilə bağlanmayıbsa, evlilik müddəti ərzində qazanılmış bütün vəsait ortaq mal hesab olunur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1232
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."