Rza Zərrabın iddialarına hökumətdən ilk reaksiya

media-hightechnic-468x90

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ iş adamı Rza Zərrabın şahid qismində qatıldığı məhkəmə ilə bağlı açıqlama verib.

Yenicag.az türk mediasına istinadən bildirir ki, Bozdağ CHP sədri Kemal Kılıçdaroğlu və Rza Zərrabın iddiaları arasında bir əlaqə olduğunu söyləyib. O, bildirib ki, Zərrab təzyiqlərə məruz qaldığından böhtan atmağa məcbur olub.

“ABŞ-da Zərrabla bağlı cinayət işi davam edir. Zərrabı böhtan atmağa məcbur ediblər. Nyu-Yorkda davam edən işi də FETÖ-çular idarə edir. İftiraların hədəfi Türkiyədir. Türkiyədə və ABŞ-da baş verən prosesləri bir-birindən ayrı təsəvvür etmək olmaz. Onlar iftira kampaniyalarını birlikdə aparırlar.”

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600