Sabah temperatur 40 dərəcəyədək yüksələcək

media-hightechnic-468x90

Avqustun 12-də Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Abşeron yarımadasında gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-25° isti olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa