Şabranda ağır yol qəzası-yaralananlar var

media-hightechnic-468x90

publika.az1397292007qezaBu gün günorta saatlarında Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, hadisə Şabran-Ərəblər yolunun 1-ci km-də qeydə alınıb.

Abbasov Ceyhun Cəfər oğlunun idarə etdiyi 90 EC 102 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın Nadirşah Ağayevin idarə etdiyi 21 BD 091 dövlət qeydiyyatlı “Niva” markalı minik maşını ilə toqquşub. Qəzadan sonra “Niva” deformasiyaya uğrayıb, sürücü maşında sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin yardımı ilə sürücü maşından çıxarılıb.

Hər iki maşının sürücüsü müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Şabran MRX-dan APA-nın yerli bürosuna verilən məlumata görə, xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır.

Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Söhbət Talıbovun sözlərinə görə, hadisəyə səbəb “Mercedes”in “Niva”nın yoluna çıxması olub.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600