Sahibkarlardan pul tələb edənlər yaxalandı

media-hightechnic-468x90

40acdf7b17ce924534e1cb6cc8fbf55e(DİN) Yevlaxda həyata keçirilən xüsusi əməliyyat zamanı tutulan dəstə üzvlərinin görüntülərini yayıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl DİN-in xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayətkar aləmə meylli, sahibkarlardan hədə-qorxu ilə pul tələb edən 7 nəfər saxlanılıb.
Yenicag.az apa-ya istinadən bildirir ki, Yevlax şəhər sakinləri Əli Nəbiyevdən 1 kiloqram 50 qram marixuana, Səbuhi Məmmədovdan 1 kiloqram 200 qram marixuana, əvvəllər məhkum olunmuşlar – Əlövsət Musayevin evindən 2 ədəd qumbara və 1 kiloqram 10 qram marixuana, Elxan Hüseynovun evindən “TT” markalı tapança və 2 qram heroin, Əsəd Məmmədovun evindən “AKSU” markalı silah, 2 ədəd qumbara, 29 ədəd avtomat patronu və 1,6 qram heroin, Mövsüm Musayevin evindən 2 kiloqram 400 qram marixuana, Arif Bəkirovun evindən 2 kiloqram 200 qram marixuana və 11 qram tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

ceb3d9a72f4e44a72eb780ca873bfd43 c73d9a0c57f30890435a620d4560a380 988b903443780fb729dbd84a7729cb61 088f461b943933deed16dcc327929d47 40acdf7b17ce924534e1cb6cc8fbf55e

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600