Oktyabrın 31-də Batumidə kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının 7-ci turunun oyunları başa çatıb.
Yenicag.az xəbər verir ki, kişi şahmatçılarımız İsveçrə komandasına 2,5:1,5 hesabla qalib gəliblər. Qadın yığmamızın Gürcüstan komandası ilə qarşılaşması isə heç-heçə başa çatıb.
Qeyd edək ki, aktivində 10 xal olan qadın komandamız liderlər qrupunda mövqeyini qoruyub saxlayıb (3-cü yer). Kişi şahmatçılarımız isə turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıblar.
www.yenicag.az