Salyanda ana və övladları güllələndi
Aprelin 14-də Salyan rayonunda bir ailənin 3 üzvü güllələnib.
DİN-dən verilən məlumata görə, hadisə Yenikənd kəndində baş verib.
Kənd sakini Rəşad Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndliləri Xədicə Didarovaya, oğlu Xanquluya və qızı Bahara xəsarət yetirib.
R.Məmmədov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədi olmayan “TOZ-8” markalı tüfəng götürülüb(qafqazinfo).