Salyanda polis əməliyyat keçirdi-Foto

media-hightechnic-468x90

87091Salyan rayonunda külli miqdarda narkotik vasitə saxlanılması barədə məlumat daxil olub.

Salyan polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərəbqardaşbəyli kəndində əməliyyat həyata keçirilib.

Əməliyyat zamanı adıçəkilən kənd sakini, 48 yaşlı Qüdrət Səfərov şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılarkən əlində tutduğu sellofon torbanın içərisindən ümumi çəkisi 925 qram və 8 ədəd kibrit qutusundan 23,48 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Eyni zamanda 1 ədəd kibrit qutusunda, 8 ədəd torbacıqda olan 13,275 qram tiryək və elektron tərəzi də aşkar edilib. Şöbədə saxlanılan Qüdrət Səfərov narkotik vasitələri meşədən tapdığını və narkotik istifadəçisi olduğunu iddia edir.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi başlanıb. İstintaq davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600