Salyanda qəza baş verdi: Ölən və yaralananlar var

media-hightechnic-468x90

Salyan rayonunda 1 nəfərin ölümü, 2-nin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“BMV” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Bunlar Yardımlı rayon sakinləri – 1991-ci il təvəllüdlü Bağırova İntizar Ədalət qızı, 1990-cı il təvəllüdlü Yarıyev Coşqun İltifat oğlu və 2010-cu il təvəllüdlü Yarıyev Sadiq Coşqun oğludur.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq S.Yarıyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. /Report/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05