Şamaxıda FACİƏ: Bir ailənin 3 üzvü qəzada həlak oldu

media-hightechnic-468x90

Şamaxıda yol qəzasında ölənlərin adları açıqlanıb.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Dağ Göylər kəndi ərazisində “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05