!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Samir Nuriyev Yevgeni Jukov ilə görüşdü

!Reklam – Yazi

Aprelin 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq və COP29-a hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb.

Samir Nuriyev bu il Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığının 25 illiyinin tamam olduğunu bildirib və ölkəmizin bu əməkdaşlığı yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Prezident Administrasiyasının rəhbəri ölkəmizdə yaşıl keçid gündəliyinin inkişafı istiqamətində həyata keçirilən layihələri qeyd edib.

COP29 üzrə Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə CO29-a hazırlıq işlərinə toxunaraq ölkəmizin bu mötəbər tədbirin yüksək səviyyədə təşkil olunması istiqamətində aparılan işlər barədə həmsöhbətinə məlumat verib.

Yevgeni Jukov COP29-un ev sahibi seçilməsi münasibətilə Azərbaycanı təbrik edərək, COP29 sədrliyi tərəfindən qısa müddət ərzində görülən işlərin təqdirəlayiq olduğunu deyib. O, Asiya İnkişaf Bankının COP29-la bağlı ölkəmizlə sıx əməkdaşlıq etmək və texniki dəstək göstərmək niyyətində olduğunu bildirib.

Y.Jukov Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, yaşıl keçid sahəsində qazanılmış nailiyyətlərlə bağlı məmnunluğunu ifadə edib və Asiya İnkişaf Bankının bu prosesə töhfə verməyə hazır olduğunu vurğulayıb.

COP29

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv