Samux rayon sakini özünü bıçaqlayıb
Samux rayon sakini intihara cəhd edib.
Samux rayonunun Karayeri qəsəbə sakini, 1977-ci il təvəllüdlü Ramin Kamil oğlu Qurbanov sirkə turşusundan zəhərlənmə və qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal tibbi yardım göstərilsə də, yaralının vəziyyəti orta-ağır olaraq qalır. Araşdırma zamanı məlum olub ki, 38 yaşlı R. Qurbanov ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünü bıçaqlayıb.
Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.