Sarkisyan Qarabağda müşavirə keçirdi

media-hightechnic-468x90

83441Dağlıq Qarabağda keçirilən hərbi təlimləri izləmək üçün Azərbaycanın işğal olunmuş torpaqlarına gələn Ermənistan prezidenti Serj Sərkisyan noyabrın 13-də işğalçı rejimin ordusunun komanda heyəti ilə müşavirə keçirib.

Ermənistan prezidenti bəzi hərbi obyektlərin açılışına da qatılıb. Ermənistan Silahlı Qüvvələri və separatçı hərbi birləşmələrin noyabrın 6-da başlayan təlimlərinə 17 mindən artıq hərbi qulluqçu, 550 artilleriya qurğusu, 250 zirehli hərbi maşın, 150 hava hücumundan müdafiə sistemi, tank əleyhinə 330 texnika, 100-ü xüsusi təyinatlı olmaqla 1300 avtomobil cəlb edilib.

Noyabrın 12-də Azərbaycan ordusu işğalçı birləşmələrə məxsus hərbi vertolyotu məhv edib, üç erməni zabit həlak olub.

2008-ci ildə ilk dəfə prezident seçiləndən bəri Serj Sərkisyan 18-ci dəfədir Dağlıq Qarabağa gəlir. O, işğalçı müharibənin ən qanlı liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçıları hərbi qüvvələrinin komandanı, 1993-cü ildən isə Ermənistanın müdafiə naziri olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600