Rusiyada qəribə hadisə baş verib.
Yenicag.az xəbər verir ki, Moskvada polis şübhəli qismində Seneqal vətəndaşını saxlayıb.
Onun üzərinə baxış keçirilən zaman bədəninə sarılmış şəkildə qurumuş bağırsaqlar aşkarlanıb.
Bu bağırsaqlar onun ata və anasına məxsus olub.
Dindirmə zamanı bəlli olub ki, bu, Seneqalda adətdir. Ölən valideynlərə məxsus orqanları üzərində daşımaq övladı pis ruhdan qoruyur.
Qeyd edək ki, ölkəyə qaçaq yolla daxil olan Alban adlı seneqallı Rusiyada deportasiya edilib.
www.yenicag.az