Saxta loğmanların “şəxsi metod” TƏLƏSİ: Professor qanundakı boşluqlardan danışdı - VİDEO

media-hightechnic-468x90

Azərbaycanda bəzi şəxslərin “özəl müalicə üsulu” adı altında vətəndaşları aldatması ciddi narahatlıq doğurur. Mütəxəssislər hesab edirlər ki, bu cür hallar həm qanunvericilikdəki müəyyən boşluqlardan, həm də insanların tibbi məlumatsızlığından qaynaqlanır.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, müasir tibdə bütün müalicə vasitələri dövlət reyestrinə əsaslanmalıdır və fərdi “ixtiralar” qəbulolunmazdır:

“Bütün bunlar qanundakı boşluqlardan irəli gəlir. Dünyanın hər yerində müalicə vasitələrinin dövlət reyestri mövcuddur. Heç kəsin şəxsi, fərdi müalicə metodu ola bilməz. Bu cür hallar inkişaf etmiş ölkələrdə qəbul olunmur, əksinə, gülüş və istehza doğurur”.

Professor qeyd edib ki, bəzi şəxslər insanların sadəlövhlüyündən və məlumat azlığından sui-istifadə edərək onları aldadırlar:

“Bu cür adamlar insanların, necə deyərlər, ‘saqqızını oğurlayır’, yəni onları açıq şəkildə manipulyasiya edərək aldadırlar”.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05