Sayğaclarda 1 saatlıq fasilə yaranacaq
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsi abonentlərə xəbərdarlıq edib.
Yenicag.az apa-ya istinadən bildirir ki, ölkə üzrə “Modenis” MMC məxsus “eManat” və “Komtec” LTD məxsus “MilliÖN” ödəmə terminallarının server sistemində yeni avadanlıqların quraşdırılması həyata keçirildiyi üçün bu gün saat 00:00-dan etibarən fevralın 3-ü saat 01:00-dək təbii qazdan istifadə məqsədilə “Smart kart” tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda 1 saatlıq fasilələr yaranacaq.
Birlik qeyd olunan zaman ərzində abonentlərdən ödəniş üçün alternativ yollardan istifadə etmələrini tövsiyə edir.