“Səba” haqqında yazılanları inkar etdi
“Səba” şirkəti bu gün bəzi informasiya agentliyi və saytlarda yayılmış “Səba ASC Vergilər Nazirliyinə etiraz edir” başlıqlı bəyanatın tamamilə şirkət mövqeyini əks etdirmədiyini bildirib.
“Səba” şirkəti yayılmış məlumata etiraz edərək, Vergilər Nazirliyi ilə məhkəmə çəkişməsində olduğunu təsdiqləyib. Lakin şirkət hüquqlarının bərpası üçün apardığı adi məhkəmə çəkişməsinin bəzi dairələr tərəfindən siyasiləşdirilməsini və bunun “Səba”nın mövqeyi kimi təqdim edilməsini pisləyib. ““Səba” şirkəti ölkə qanunvericiliyinin və hakimiyyətinin onun başladığı məhkəmə prosesində ədalətli mövqeyini müdafiə edəcəyinə əminliyini bildirir” – şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən belə deyiblər.
(apa.az)