“Ərazi bütövlüyü bərpa olunduqdan sonra keçirilən bu ilk parlament seçkiləri prosesi böyük maraqla izlənilir”.
Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rəqabət mühitinin necə formalaşdığı barədə fikirlərini səsləndirən 33 saylı Xətai Birinci seçki dairəsindən namizədliyini irəli sürən Zahid Orucun səlahiyyətli nümayəndəsi Tural İsmayılov deyib.
Onun sözlərinə görə, təbliğat-təşviqat kampaniyasının uğurla davam etdirildiyi vaxtda seçki prosesinin hazırki vəziyyəti kifayət qədər yaxşı qiymətləndirilir.
“Seçicilərlə istər tet-a-tet, istər məhəllələrdə və qapalı görüş yerlərində, eyni zamanda şəhid ailələrinə ziyarətlə görüşlərimizi davam etdiririk.
Seçkinin nəticələrinin necə olacağından asılı olmayaraq, bütün müraciətləri aidiyyatı qurumlara yönəldəcəyik.
Bütövlükdə isə ölkə ərazisində kifayət qədər gözəl təbliğat-təşviqat prosesi keçirilir. Ərazi bütövlüyü bərpa olunduqdan sonra keçirilən bu ilk parlament seçkiləri prosesi böyük maraqla izlənilir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az