!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçkinin ən böyük ƏHƏMİYYƏTİ – Azərbaycan xalqı bu seçkiləri milli birliyin təcəssümü kimi qəbul edir

!Reklam – Yazi

1 sentyabr 2024-cü il tarixində Azərbaycanda keçirilən parlament seçkiləri ölkənin suverenliyini bərpa etməsindən sonra təşkil olunan ilk milli seçkilər kimi tarixi bir əhəmiyyət daşıyır. Bu seçkilər 2020-ci ildə Azərbaycanın Vətən Müharibəsində qazandığı qələbə və ərazi bütövlüyünün bərpasından sonray eni siyasi reallıqların formalaşmasının simvoludur.

Bu gün seçkilərdə Azərbaycanın bütün regionlarından seçicilər iştirak edərək, yeni parlamentin formalaşmasına öz töhfələrini verirlər. Bu proses ölkədə demokratik institutların gücləndirilməsi və siyasi sistemin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bu seçkilər həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu və daxili siyasi sabitliyini nümayiş etdirir. Ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin nəticəsi olaraq, Azərbaycan xalqı bu seçkiləri milli birliyin və qürurun təcəssümü kimi qəbul edir.

1 sentyabr parlament seçkiləri, Azərbaycanın gələcəyini formalaşdırmaq üçün atılan mühüm bir addım olmaqla yanaşı, ölkənin beynəlxalq hüquqla tanınan suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində yeni bir mərhələdir.

Yenicag.az-la söhbətində Milli Cəbhə Partiyasının (MCP) sədri, namizədliyini 81 saylı İmişli seçki dairəsindən irəli sürən Razi Nurullayev də analoji fikirləri səsləndirib.

Partiya başqanı söyləyib ki, hazırda İmişlidə seçki normal bir vəziyyətdə keçir.

“Proses də bizim üçün normal oldu. Seçkinin ən böyük əhəmiyyətindən biri də seçkilərin bütün Azərbaycanın ərazisində keçirilməsidir. Narahatlığımız yoxdur. Qoy bu seçkilər bütün Azərbaycan üçün uğurlu və düşərli olsun”, – deyə deputatlığa namizəd bildirib.

Rafi Müslümov

COP29

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv