!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəffaflığa işıq salan ELEKTRON PULLAR: Azərbaycanda kriptovalyuta ilə ödəniş mümkün olacaq? – Ekspertdən AÇIQLAMA

!Reklam – Yazi

“Kriptovalyutalar ilə ödənişlər konstitusiyamıza edilən dəyişiklikdən sonra mümkün ola bilər”.

Bu sözləri kriptovalyuta ilə ödənişlərin edilməsinin ölkəmizdə mümkün olub-olmayacağına şərh edərkən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Azərbaycanda kriptovalyutanın valyuta hesab edilmədiyini deyən ekspert bunun yalnız konstitusiyaya edilən dəyişiklik zamanı mümkün olacağını bildirib:

“Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə görə ölkəmizdə manat yeganə ödəniş vasitəsidir. Bank qanunvericiliyimizdə də kriptovalyuta valyuta hesab edilmir. Yəni bizdə nəinki kriptovalyuta, heç xarici valyuta ilə də ödəniş etmək olmaz. Ölkəmizdə dollar, avro və digər xarici valyutalar ilə ödəniş etmək mümkün deyilsə, o zaman kriptovalyuta ilə bu necə ola bilər?! Qanunvericiliyimiz buna yol vermir. Kriptovalyutalar ilə ödənişlər konstitusiyaya edilən dəyişiklikdən sonra mümkün ola bilər”.

Sadiq Cavadov

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv