Səfirlikdən “Qarabağ”a təbrik: “Bu, Türkiyəni də qürurlandırdı”

Türkiyənin Azərbaycandakı səfirliyi də “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına biganə qalmayıb.

Yenicag.az xəbər verir ki, səfirliyik öz rəsmi “facebook” səhifəsi vasitəsi ilə Ağdam təmsilçisini təbrik edib.

“UEFA Çempionlar Liqasının qrup mərhələsinə ilk vəsiqə qazanan Azərbaycanın “Qarabağ” futbol komandasını bu tarixi müvəffəqiyyəti münasibəti ilə səmimi qəlbdən təbrik edir, gələcəkdə uğurlar arzu edirik. Bu uğur Can Azərbaycan kimi Türkiyəni də qürurlandırdı”, deyə, təbrikdə qeyd olunub.

Yenicag.az