Səhhəti pisləşən Əməkdar artist xəstəxanaya yerləşdirildi: “Həkimlər əməliyyat üçün...”

media-hightechnic-468x90

Tanınmış aktyor və rejissor, Əməkdar artist Sərvər Əliyev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Bu barədə Yenicag.az-a açıqlama verən rejissor əməliyyat olunacağını bildirib:

“Neçə gün idi özümü yaxşı hiss etmirdim. Ürəyimdə artan ciddi problemlər nəticəsində xəstəxanaya yerləşdirildim. Hazırda ürəyimdə damarlar koronor angioqrafiya – “anju” edilib.

Həkimlər əməliyyat üçün qərar verib. Açıq əməliyyat olunmaq üçün həkimin təyin edəcəyi vaxtı gözləyirəm”.

Qeyd edək ki, iki il öncə rejissorun ürəyinə stend qoyulub. Onun ürək damarları yenidən tutulub.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa