Şəkidə ağır yol hadisəsi baş verib
Şəki rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə oktyabrın 10-da günorta saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qax rayonunun Qaşqaçay kənd sakini, 1969-cu il təvəllüdlü Rəcəbov Mövsüm Xaləddin oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 34 BA 044 dövlət nömrə nişanlı avtomobillə Biləcik kənd sakini, 1962-ci il təvəllüdlü Yunusov Rəfael Rizvan oğlunun idarə etdiyi eyni markalı, 10 LS 018 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və Rəfael Yunusovun avtomobilində olan sərnişin, Biləcik kənd sakini, 1949-cu il təvəllüdlü Məmmədov Həşim İsmayıl oğlu xəsarət alıblar. Möhsüm Rəcəbovun və Rəfael Yunusovun xəsarətləri yüngül olduğundan onlara hadisə yerinə çağırılmış tibb işçiləri tərəfindən tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Həşim Məmmədov isə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Onun vəziyyəti orta-stabil qiymətləndirilir, müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırma aparılır.