!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sənin gücün yəqin 100 manatı qazanacaq qədərdi”

!Reklam – Yazi

publika.az143071563311189832_1095686073791198_1269137650_nMüğənni Xatirə İslam sosial şəbəkədə onu tənqid edənlərə sərt cavab verib.

Sənətçi İnstaqram səhifəsində bunları yazıb:

“Bunları başa düşə bilmirəm. Bəzilərinin işi-gücü yoxdur? Ay bala şəkildi də qoyublar ki, baxasınız. Niyə insanları çeyniyirsiniz? Allah istəsə ağacdan 1 yarpaq düşə bilərmi? Deməli, Allah istəyir ki, kimsə ayda 100 manat yesin, kimlərsə də 10000 manat. Mənim canlarım, gəlin Allahın işinə burnumuzu soxmayaq. Çox pulun dərdi də çoxdur, baş edə bilmərsiniz. Sənin gücün yəqin 100 manatı qazanacaq qədərdi ürəyim. Özündən ağır yük ağır olar sənə. Mən başqa müğənniləri deyə bilmərəm. Şəxsən özümə cavabdehəm. Allahıma yalvarardım ki, mənim 10000-lərimi alıb, versin sizinkimilərə. Sizin də ayda 100 manatınızı mənə. Amma 1 istəyim də var: sizin bütün sağlamlığınızı alıb mənə versin. Balanızdakı sağlamlığı da balama versin, yerləri dəyişsin. Bizim problemlər də pulnan bir yerdə sizə gəlsin. Razı olanınız var? Dərin düşünün, mən razıyam.

Futbolçularımız, həkimlərimiz var ki, ildə neçə milyon pul qazanır. Allah kimin nəyi var özünə qismət etsin. Axı nə tutmusunuz bu müğənnilərdən? Vallah düz deyirəm, hamısı şoudur, bizdə milyonçu müğənni tanımıram. Nə qədər ki, sizin kimi deyənlər olacaq, müğənnilər artmayacaq. Elə yerimizdə də sayacayıq. Axırda da əsəbdən, stresdən xəstəliklərdən öləcəyik”.

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv