Serdar Ortaç həyat yoldaşından boşanır - FOTOLAR

media-hightechnic-468x90

Uzun müddətdir ki, ayrılıq xəbərləri ilə gündəmə gələn Serdar Ortaç və Xloe Luqnanın boşanacağı ilə bağlı məlumat yayılıb.

Yenicag.az xəbər verir ki, 2014-cü ildə ailə quran cütlük sabah qarşılıqlı razılaşma əsasında boşanır.

Kanal D-də yayımlanan “2-ci Sayfa” verlişində bu barədə açıqlama verilib. Cütlüyün beş illik ailə həyatına son verəcəyi bildirilib.

Verlişin aparıcısı populyar müğənni ilə əlaqə saxlayıb, lakin o, ayrılıq iddialarını sükutla qarşılayıb.

Qeyd edək ki, Ortaç bundan əvvəl də boşanmaq üçün vəkilinə tapşırıq vermişdi.

Natavan

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600