!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişinlərlə sürücüləri “toqquşduran” TAKSİ PROBLEMİ: “Narkomanların və psixi problemli şəxslərin…”

!Reklam – Yazi

“Bakı şəhərində 76 min taksi sürücüsünün olmasına baxmayaraq, onlardan cəmi 17 mini həmin təlimlərdə iştirak edib”.

Bu fikirləri vətəndaşların bir sıra taksi şirkətləri ilə bağlı narazılıqlarının artması haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə hallara fərdi səbəblərdən yaranan problemlər kimi yanaşılması daha doğrudur:

“Bu problemlər indi də aktualdır. Təəssüf ki, taksi şirkətlərində çalışan sürücülər arasında intizamsız əməkdaşlar çoxluq təşkil edir. Fikrimcə, taksi şirkətləri belə neqativ halların yaranmasında maraqlı deyil. Bu fərdi səbəbdən formalaşan bir mənzərədir.

Sürücülərin işə götürülməsi üçün müvafiq hazırlıq prosesindən keçmələri və xüsusi təlim mərkəzlərinə cəlb olunmaları vacibdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sürücülərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəyyən tələblər irəli sürüb.

Lakin baxsaq görərik ki, Bakı şəhərində 76 min taksi sürücüsünün olmasına baxmayaraq, onlardan cəmi 17 mini həmin təlimlərdə iştirak edib. Gediş haqqının onlayn, yaxud nağd şəkildə ödənilməsi də problemli məsələyə çevrilib. Ödənişin onlayn qaydada həyata keçirilməsi taksi şirkətlərinə sərf etsə də, sürücülər əks mövqe olduqlarından, narazılıq yaranır.

Digər tərəfdən, bəzən şirkətlər də sürücülərin iş rejiminin idarə olunmasında nöqsanlara yol verirlər. Eyni zamanda, onlar bəzən narkotik aludəçilərini, psixi və başqa porblemləri olan şəxsləri araşdırmadan işə götürürlər. Bu, çox ciddi qüsurdur”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv