Rusiyanın Samara şəhərində dəhşətli hadisə baş verib.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, yaşayış evlərindən birində baş verən yanğın nəticəsində 3 azyaşlı ölüb. Araşdırma zamanı uşaqların atası şübhəli şəxs qismində saxlanılıb. O, polisə ifadəsində sərxoş vəziyyətdə olduğunu və evi yandırdığını etiraf edib. Ailənin 7 övladından 4-nün həyatını xilas etmək mümkün olub.
“25 yaşlı ata evi yandıraraq hadisə yerindən qaçıb. Onun həyat yoldaşı və 4 azyaşlı övladı qonşuların köməkliyi ilə xilas olunublar”, – deyə İstintaq Komitəsindən bildirilib.
Qeyd edək ki, hadisə 14 fevral axşam radələrində baş verib. Yanğın söndürüldükdən sonra iki yaşlı oğlan uşağının və 4 aylıq iki körpənin meyitləri tapılıb.