ARB TV-nin “Faydalı” saat verilişinin növbəti qonağı teleaparıcı Afaq Gəncəli olub.
Yenicag.az xəbər verir ki, Sloveniya aşiqi olan teleaparıcı oradan ağız dolusu danışıb:
“Mən heç yeri sevmirəm. Avropada yaşamaram. Ancaq Azərbaycan. İndi də o fikirdəyəm. Amma Sloveniyada yaşayaram, qayıdanda ora üçün darıxdım. Düzdü slovyan dilidi, amma rus dilinə bənzəyir deyə, hardasa tutmaq olur. Əgər biraz özünü zorlasan, o dili öyrənə bilərsən”.
Afaq Gəncəli oradan evlilik təklifi gözləsə də, bu təklifin ona yox, başqasına gəldiyindən danışıb:
“Mənə gəlmədi evlilik təklifi. Amma sizə bir sirr açım. Bu təklif müğənni Sevda Yəhyayevaya gəldi. Serbiyanın çox məşhur bir insanından, vətəndaşından gəldi. Toyun nə vaxt olduğunu isə deyə bilmərəm. O məni öldürəcək, amma mən bunu dedim”.
Nehru
www.yenicag.az